Avropa Paralimpiya çempionatında Azərbaycan komandası daha bir medal qazanıb.
Parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq, K44) yarışın qızıl medalına sahib olub. Bundan əvvəl taekvondoçularımız İmaməddin Xəlilov (70 kq, K44) qalib adını qazanıb. Röyalə Fətəliyeva (52 kq, K44) gümüş, Amin Şıxalıyev (63 kq, K44), Sabir Zeynalov (58 kq, K44) bürünc medala layiq görülüblər.
Cüdoçular isə çempionatı 2 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

