Bu, başqa planetdə ilk belə təcrübədir. Təcrübə “Perseverance” roverindəki (planetin və ya başqa səma cisminin səthində hərəkət edən kosmik kəşfiyyat gəmisi) MOXIE adlı mikrodalğalı cihazla həyata keçirilib.
Təcrübəyə iki il əvvəl aparat Marsa endikdən sonra başlanılıb. NASA-nın məlumatına görə, o vaxtdan bəri MOXIE bir itin 10 saat nəfəs almasına kifayət edən 122 qram oksigen istehsal edib. Gələcəkdə ondan Marsa uçan astronavtlar istifadə edə bilər.
Marsın atmosferinin 96 faizi karbon qazından (CO2) ibarətdir. O, karbon monoksit (CO) və təmiz oksigenə (O2) parçalanır.
Xatırladaq ki, Mars şəraitində oksigen əldə etməyin bu üsulu uzun müddət müzakirə olunub. Analoji proses Yerdəki laboratoriyalarda təcrübədən keçirilib.
Bəli, MOXIE Marsdakı karbon qazının bir hissəsini oksigenə çevirməklə işləyir. Aləti hazırlamaq üçün istiliyə dözümlü materiallardan, məsələn, qızıl və aerogel örtüklərindən istifadə edilib, çünki karbon qazının parçalanması prosesi 1470 dərəcə Fahrenheit (798 dərəcə Selsi) temperatur tələb edir. Bu materiallar istiliyin xaricə yayılmasının və roverin hər hansı hissəsinin zədələnməsinin qarşısını alırdı.
XQ

