Amerikalı milyarder İlon Maska məxsus “Tesla” şirkətinin istehsal etdiyi insanabənzər robot “Optimus” yeni bacarıqlarını nümayiş etdirib.
Humanoid əsaslı robot kameradan alınan məlumatlar sayəsində obyektləri müstəqil şəkildə təsnif edə, həmçinin yoqa hərəkətlərini yerinə yetirə bilir. Robot rəngarəng kubları da müvafiq qablara uyğun yerləşdirmək bacarığına malikdir.
Mütəxəssislərin sözlərinə görə, şirkət buna görə avtonom idarəetmə sisteminə bənzər texnologiyadan istifadə edib. Bu da robota öz mühitini təhlil etməyə və alınan məlumatlar əsasında qərarlar qəbul etməyə imkan verir.
Xatırladaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Cihazın yaradılmasının məqsədi ağır əşyaların daşınması və potensial təhlükəli işləri yerinə yetirməkdir.
FİDAN
XQ

