Ötən həftə Goranboy rayonundan cərrahi əməliyyat üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edən xəstə qarnındakı ağrılardan şikayətləndiyini bildirib. Müayinələrdən sonra baş həkim, tibb elmləri namizədi Cəmil Ələkbərov xəstəni əməliyyat edib.
38 yaşlı, 128 kiloqram çəkisi olan qadının əməliyyatı 4 saat çəkib. Əməliyyatda cərrahiyyə şöbəsinin müdiri Fariz Abdullayev və cərrah–ginekoloq Xanım Rəşid iştirak ediblər.
Əməliyyat nəticəsində həkimlər gözlənilməz hadisə ilə qarşılaşıblar. Xəstənin qarnından çıxarılan kistanın çəkisi 32 kiloqram olub.
Əməliyyatdan sonrakı gün qadın ayağa qalxanda əvvəllər çətinliklə yeridiyini, indi isə özünü çox yüngül hiss etdiyini bildirib və həkimlərə təşəkkür edib.
Xəstə vəziyyəti normal olaraq evə buraxılıb.
ZƏRİFƏ
XQ

