Depardye Parisdə həbs edilib

post-img

Bu gün fransalı aktyor Jerar Depardye Paris polisi tərəfindən həbs edilib. Bu barədə BFMTV-yə istinadən “İnterfaks.ru” xəbər verib.

O, daha əvvəl onunla çəkiliş meydançasında işləyən iki qadının iddiaları ilə bağlı dindirilməyə çağırılmışdı.

Bildirilir ki, ittihamlar Depardyenin 2014-cü ildə Jan-Pyer Mokinin “Sehrbaz və siamlılar” və Jan Bekkerin 2021-ci ildə çəkdiyi “Yaşıl panjurlar” filmlərinin çəkilişləri zamanı davranışı ilə əlaqədardır. Birinci halda rejissorun köməkçisi, ikinci halda filmin quruluşçu rəssamı ittiham irəli sürüb.

Depardye ittiham olunduğu faktları etiraf etmir.

BFMTV xatırladır ki, 2020-ci ilin dekabr ayından Depardyenin aktrisa Şarlotta Arnuna qarşı zorakılığı da araşdırılır. Ümumilikdə aktyor 13 qadına qarşı təcavüzdə ittiham olunub.

2012-ci ilin dekabrında Depardye Fransanı tərk edib və ildə 1 milyon avrodan çox gəlirə 75 faiz vergi tətbiq etmək planlarına görə Fransa vətəndaşlığından imtina edib. 2013-cü ilin yanvarında aktyor Rusiya vətəndaşlığını, fevralda isə Mordoviyada daimi qeydiyyatıa düşüb.

P.ƏMİRCANOV

XQ

Dünya