Harri Keyn Çempionlar Liqasında ardıcıl 6 oyunda qol vuraraq tarixə düşüb

post-img

PSJ ilə oyun "Bavariya"ın hücumçusu Harri Keyn üçün əlamətdar olub.

XQ  xəbər verir ki, forvard ardıcıl altı Çempionlar Liqası oyununda qol vuran ilk ingilis futbolçu olub.

Keyn Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı ilk hissədə penaltidən qol vurub. Bundan əvvəl Harri "Union"a (2-0), PSV-yə (2-1), "Atalanta"ya (4-1) və "Real"a qarşı iki oyunda fərqlənmişdi. 

Qeyd edək ki, ingilis futbolçu bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 54 qol vurub və 6 məhsuldar ötürmə edib.

İdman