Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında Rusiya Prezidenti Vladimir Putinə onu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinə görə təşəkkür edib.
Məlumatı RİA Novosti verib.
“İnanılmaz! Belə yüksək qiymətə görə təşəkkür edirəm!” – deyə diplomat yazıb.
O əlavə edib ki, Rusiyaya, sevimli Vətəninə və onun böyük xalqına xidmət edir.
Xatırladaq ki, Zaxarovaya orden Rusiyanın xarici siyasətinin həyata keçirilməsinə verdiyi töhfəyə və vicdanlı diplomatik xidmətə görə verilib. Zaxarova 2015-ci ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təyin edilib. O, Rusiya Federasiyasının tarixində bu vəzifəni tutan ilk qadın olub. 2017-ci ildə Putin onu “Dostluq” ordeni ilə təltif edib.
P.ƏMİRCANOV
XQ