Kanada və ABŞ liderləri yaxın zamanlarda görüşə bilərlər

post-img

Kanadanın Baş naziri Mark Karni və ABŞ Prezidenti Donald Tramp yaxın zamanlarda görüşmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Kanada Baş nazirinin ofisinin məlumatına görə, Mark Karni Vaşinqtonun tarif siyasəti və ilhaq təhdidləri kimi məsələlərin üstünlük təşkil etdiyi parlament seçkilərindəki qələbəsindən bir gün sonra Donald Trampla telefonla danışıb.

Bəyanatda deyilir ki, hər iki ölkə lideri Kanada və Birləşmiş Ştatların müstəqil və suveren dövlətlər kimi birgə fəaliyyətinin vacibliyi ilə razılaşıb.

Xatırladaq ki, ötən il dekabrın əvvəlində Donald Tramp Kanada və Meksikadan gələn mallara 25 faizlik rüsum tətbiq olunacağını açıqlayıb. Birləşmiş Ştatların Prezidenti, həmçinin Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyini deyib.

Dünya