Əfsanəvi Formula 1 çempionu Ayrton Sennanın dəbilqəsi RM Sothebys hərracında rekord məbləğə – 965 min dollara satılıb.
Senna bu dəbilqədən 1992-ci ildə Belçika Qran-Prisində istifadə edib. Məşqlər zamanı “McLaren” sürücüsü ağır qəzadan sonra huşunu itirən Erik Komaya ilk yardım göstərib. Əvvəlki rekord “Ferrari” sürücüsü Çarlz Leklerə məxsus idi. Onun dəbilqəsi 2023-cü ildə 352 min dollara satılmışdı.
Qeyd edək ki, Ayrton Senna üçqat Formula 1 çempionudur (1988, 1990, 1991). 1994-cü ildə – 34 yaşında San-Marino Qran-Prisindəki qəzada avtomobilinin beton divara çırpılması nəticəsində dünyasını dəyişib.
L.SABİRQIZI
XQ