ABŞ prezidenti Donald Tramp noyabrın 11-ni və mayın 8-ni Birinci və İkinci Dünya müharibələrində Qələbə günləri elan edib.
Məlumatı “İnterfaks.ru” verib.
Trampın “Truth” sosial şəbəkəsində yazıb ki, “hər iki müharibədə qalib gələn ABŞ olub və heç kim güc, cəsarət və hərbi bacarıqda bizə yaxınlaşa bilməz”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsində qalib gəlmək üçün “digər ölkələrlə müqayisədə ölçüyəgəlməz dərəcədə çox şey etdi”.
P.ƏMİRCANOV
XQ