ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Rusiya və Ukrayna genişmiqyaslı məhbus mübadiləsinə dair razılığa gəliblər və bu mübadilə tezliklə baş tutacaq. Məlumatı “İnterfaks.ru” verib.
“Rusiya və Ukrayna indicə böyük məhbus mübadiləsi barədə razılığa gəliblər. Bu, tezliklə baş verəcək”, - prezident “Truth” sosial şəbəkəsində yazıb.
“Danışıqlar münasibətilə hər iki tərəfi təbrik edirəm. Bu, mənalı bir şeyə gətirib çıxara bilərmi?” - Tramp əlavə edib.
“1000-ə 1000” formatında mübadilə haqqında razılaşma ötən həftə İstanbulda baş tutan üç il ərzində ilk birbaşa Rusiya-Ukrayna danışıqları zamanı əldə olunub.
P.ƏMİRCANOV
XQ