Finlandiyada irimiqyaslı hərbi təlimlər keçiriləcək

post-img

Finlandiya Hərbi Dəniz Qüvvələri iyunda dəniz pilotsuz sistemlərinin istifadəsi üzrə NATO təlimlərinə ev sahibliyi edəcək. Bu barədə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti bildirib.

"Pilotsuz sistemlər böyük potensiala və geniş tətbiq sahəsinə malikdir. Ağıllı və avtonom sistemlər, məsələn, əraziləri və obyektləri izləyə, digər tapşırıqlar üçün qiymətli resursları boşalda bilər", - Dəniz Əməliyyatlarının rəisi Marko Laaksonen bildirib.

NATO-nun məsuliyyət zonasındakı təlimlərə əməliyyat sınaqları da daxil olacaq. Hərbi Dəniz Qüvvələri hesab edir ki, dayaz sularda və Finlandiya sahillərinin arxipelaq şəraitində əməliyyatlar Baltik dənizinin şərtlərinə uyğun sistemlərin inkişafına da kömək edəcək.

Təlimlər Finlandiya sularının Porkkala yarımadasından Hankoya qədər olan qərb hissəsində keçiriləcək. Təlim zonaları dənizdə müşahidə olunacaq.

S.ELAY

XQ

 

Dünya