ABŞ Konqresi 9 milyard dollarlıq büdcə ixtisarını təsdiqlədi

post-img

ABŞ Nümayəndələr Palatası dövlət xərclərinin 9 milyard dollar azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qənaət tədbirləri çərçivəsində xarici yardımların, həmçinin ictimai yayım şirkətləri olan NPR və PBS-in maliyyələşdirilməsi azaldılacaq. Bu təklif Dövlət İdarəçiliyi Səmərəliliyi Departamenti (DOGE) tərəfindən irəli sürülüb.

Səsvermədə 216 konqresmen qanun layihəsinin lehinə, 213 nəfər isə əleyhinə çıxış edib. Layihə artıq Senatda qəbul edilib və imzalanmaq üçün Prezident Donald Trampa göndərilib.

Qeyd edək ki, iyun ayında da Tramp administrasiyasının 9,4 milyard dollarlıq xərclərin azaldılması təklifi Nümayəndələr Palatası tərəfindən dəstəklənmişdi.

S.ELAY

XQ

Dünya