Ankara Kiprdə iki dövlətli həllin tərəfdarıdır və hesab edir ki, beynəlxalq ictimaiyyətin Kipr məsələsində hazırkı reallıqlarla barışmasının vaxtı çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfəri zamanı deyib.
Məlumatı XQ “Anadolu”ya istinadən verib.
Dövlət başçısı deyib ki, Türkiyə “Kıbrıs türklərinin birliyini, həmrəyliyini, firavanlığını və sülhü hər zaman müdafiə edəcək”.
“Kipr türklərinin yolunu bağlamaq üçün hansı qapı bağlandısa, biz həmişə açılacaq yeni qapılar, gediləcək yeni yollar tapdıq”, - deyə Türkiyə lideri bildirib.
Prezident Ərdoğan Kipr türklərinə qarşı on illərdir davam edən ədalətsizliyə son qoyulmasının vacibliyinə işarə edib.
P.ƏMİRCANOV
XQ