BMT Təhlükəsizlik Şurasında (TŞ) İranda davam edən etiraz aksiyaları ilə bağlı fövqəladə iclas keçirilib.
AZƏRTAC-ın məlumatına görə, toplantı ABŞ tərəfinin tələbi ilə reallaşıb.
İclasda çıxış edən ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts bildirib ki, ABŞ İran xalqının yanındadır və Prezident Donald Tramp qırğını dayandırmaq üçün bütün variantların masada olduğunu açıq şəkildə bildirib.
BMT rəsmiləri iclasda İrana mümkün hərbi hücumların onsuz da alovlanan vəziyyətə qeyri-sabitlik gətirəcəyi barədə xəbərdarlıq ediblər.
BMT Baş katibinin köməkçisi Marta Pobi görüşdə bildirib ki, Baş katib bütün tərəfləri bu həssas anda maksimum təmkinli olmağa və daha çox insan itkisinə səbəb ola biləcək və ya daha geniş regional eskalasiyanı alovlandıracaq hər hansı bir hərəkətdən çəkinməyə çağırır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

