Yanvarın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.
XQ xəbər verir ki, tədbirdə rəsmi şəxslər, ziyalılar və sənət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Rəşid Behbudovun zəngin yaradıcılıq irsini əks etdirən arxiv görüntüləri qonaqlara təqdim olunub.
Gecənin bədii hissəsində Xalq artistləri Yusif Eyvazov, Salman Qəmbərov, Aygün Bayramova, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Abbas Bağırov, solistlər Sevda Ələkbərzadə, Fərid Əliyev, Zamiq Hüseynov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Leyla Rəhimova, Azad Şabanov, Anar Şuşalı və Taleh Yahyayev Rəşid Behbudovun xatirəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.














