Kirill Budanov: Biz onlarla əlaqə saxlamalıyıq

post-img

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Kirill Budanov  münaqişənin həlli prosesində Rusiya ilə əməkdaşlığa ehtiyac olduğunu etiraf edib. Budanov bunu 20 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda elan edib. 

Məlumatı “İzvestiya.ru” verib. 

“Biz onu bu prosesdən kənarlaşdıra bilmərik. Görürsünüz, çalışdıq, amma alınmadı. Biz onlarla əlaqə saxlamalıyıq”, - deyə o bildirib.

Eyni zamanda, Rusiya dəfələrlə ABŞ-ın təklif etdiyi sülh planının müzakirələrində iştirak edərək Ukraynada sülh yolu ilə həllə hazır olduğunu vurğulayıb. Kreml qeyd edib ki, Kiyev rejiminin danışıqlara başlamasının vaxtıdır və Rusiya Silahlı Qüvvələrinin hərəkətləri sülh yolu ilə həlli təmin etməyə yönəlib.

P.ƏMİRCANOV
XQ

Dünya