ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasına əməl etməyə çağırıb, əks halda “genişmiqyaslı atışma” baş verəcək.
Tramp Truth Social-da yazıb: “Əgər nədənsə bu baş verməsə, bu, çox az ehtimal olunan bir şeydir, onda indiyə qədər heç kimin görmədiyi daha böyük, daha yaxşı və daha zorakı bir atışma olacaq”.
O əlavə edib ki, İran nüvə silahına sahib olmamalıdır və Hörmüz boğazı “açıq və təhlükəsiz olacaq”.
ABŞ prezidenti həm də bildirib ki, bütün Amerika gəmiləri, təyyarələri və hərbi personalı Tehranla “əsl razılaşma” əldə olunana qədər İranda və ətrafında qalacaqlar.
P.ƏMİRCANOV
XQ

