Abşeronda yağmursuz, bölgələrdə yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 24-də Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin  gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi  əsəcək,  gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.   Gecə 11-15°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz  olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° , gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV
XQ  

 

Ekologiya