Gəncədə Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

post-img

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının  Gəncə Bölməsi və Bölmənin gənc alim və mütəxəssislər şurası “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş“Azərbaycan Xalq Cümhuriyyəti gənclərin gözü ilə”mövzusunda dəyirmi masa keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb. 

AMEA-nın Gəncə Bölməsi sədrinin  müavini Rasim Tağıyev tədbiri giriş sözü ilə açaraq demişdir ki, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı İlham Əliyevin keyfiyyətcə  daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin  strateji hədəflərinin, eləcə də Şərqdə ilk demokratik respublika kimi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin 107-ci ildönümü ərəfəsində onun tarixi təcrübəsinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusilə bu əlamətdar ildə, alim və tədqiqatçıların üzərinə böyük vəzifələr  düşür.

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli  “Ümummilli Lider “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri  Simuzər Qafarlı “Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin tarixi missiyasi”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü”, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun arxeologiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiyanın ilk addımları”, AR ETN Bioresurslar İnstitutunun (Gəncə) boyaq emalı laboratoriyasının böyük laborantları ZərifəYusubova  “28 may – Azərbaycanın Milli Qürur Günü”, Naimə Məhərrəmova “Müstəqillik Günü ve dövlətçilik” mövzularında çıxışlar ediblər.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə







Elm