AMEA Gəncə Bölməsinin beynəlxalq elmi reyestrə inteqrasiyası

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsi beynəlxalq elmi platformalarda tanınma məqsədilə ROR ID-nin (Tədqiqat Təşkilatları Reyestri İdentifikatoru, Research Organization Registry Identifier) əldə olunması üçün müraciət edib. Bu addım bölmənin qlobal elmi informasiya sistemlərinə inteqrasiyasını gücləndirməyi hədəfləyir.

Belə ki, elmi təşkilatların beynəlxalq səviyyədə vahid identifikasiya sistemi ilə tanınmasını təmin edən mühüm standart hesab olunan ROR ID-nin əldə edilməsi üçün ABŞ-da yerləşən müvafiq idarəetmə qurumuna rəsmi müraciət ünvanlanıb. 

Bu təşəbbüs AMEA Gəncə Bölməsinin elmi nəticələrinin beynəlxalq bazalarda daha sistemli şəkildə izlənilməsinə, elmi əməkdaşlıqların genişlənməsinə və tədqiqat fəaliyyətinin qlobal elmi məkanla inteqrasiyasına imkan yaradacaq.

XQ

Elm