Dələduzluq və oğurluq edən şəxs saxlanılıb

post-img

Paytaxtın Səbail rayonunda bir nəfərin mobil telefonu dələduzluq yolu ilə ələ keçirilib. 

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Zərərçəkən polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirildiyini, daha sonra telefonunda olan banklardan birinə məxsus tətbiqdən 1700 manatının oğurlandığını bildirib. 

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 29 yaşlı E.Feyzullayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla saxlanılan şəxsin bundan əvvəl də bir nəfərin 2050 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

P.Əmircanov
XQ

 

Hadisə