Türkiyə Ukrayna ilə bağlı diplomatiyaya kömək etməyə hazır olduğunu təsdiqləyib.
Türkiyənin müdafiə naziri Yaşar Gülər də Türkiyənin Avropa İttifaqının müdafiə təşəbbüslərində tam iştirakının vacibliyini qeyd edib və ölkəsinin Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səyləri dəstəklədiyini bəyan edib.
Oktyabrın 15-də Brüsseldə NATO müdafiə nazirlərinin toplantısında iştirak edən nazir deyib: “Biz görüşdə həm ikitərəfli, həm də NATO çərçivəsində Ukraynaya dəstəyimizi vurğuladıq, həmçinin atəşkəs və sülh yolu ilə həll üçün diplomatik səylərə dəstəyimizi ifadə etdik”.
Nazir həm də “Türkiyənin Avropa İttifaqının müdafiə təşəbbüslərində, o cümlədən Avropanın təhlükəsizliyini təmin etmək üçün SAFE (keçmiş Yenidən Silahlanma Aİ) proqramında tam iştirakının vacibliyini” qeyd edib.
Gülər xatırladıb ki, Türkiyə alyansın müdafiəsinə töhfə verən ən böyük beş NATO ölkəsi sırasındadır. O, Ankaranın NATO çərçivəsində müdafiə xərclərinin 5 faizlik payına nail olmaq öhdəliyini təsdiqləyib.
P.Əmircanov
XQ