Astara rayonunda avtomobil idarəetməni itirərək yol kənarında dirəyə çırpılıb.
XQ xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Astara rayonunun Təngərüd kəndi ərazisində baş verib.
Kənd sakini 2006-cı il təvəllüdlü Tahin Ramin oğlu Dadaşov idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü T.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.