Cənubi Afrika enerji infrastrukturuna 128 milyard dollar investisiya qoyacaq

post-img

Cənubi Afrika Respublikası hökuməti ölkənin Energetika Nazirliyinin yeni enerji siyasəti planına uyğun olaraq elektrik enerjisi istehsalı üçün modullu atom reaktorları proqramını bərpa etməyi planlaşdırır.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, hökumət tərəfindən təsdiqlənən plan 2042-ci ilə qədər enerji infrastrukturuna 2,23 trilyon rand (128 milyard ABŞ dolları) məbləğində investisiyanı nəzərdə tutur.

Cənubi Afrika Respublikasının energetika naziri Kqosiyentso Ramokqopa bildirib ki, nəticədə nüvə və qaz energetikasının payı ümumi enerji istehsal gücü strukturunda hazırkı 3 faizdən 16 faizə yüksələcək.

Eyni zamanda, kömür enerjisinin payı 58 faizdən 27 faizə enəcək.

Bu, “aparteid dövründən sonrakı ən iri investisiya proqramıdır” və “enerji təhlükəsizliyinə nail olmaq üçün bizə imkan yaradacaq”, – deyə nazir qeyd edib. Onun sözlərinə görə, “hazırda bütün dünyada atom energetikasına keçid meyli müşahidə olunur”.

Dünya