Zaqatalada ağır qəza baş verib

post-img

Zaqatalada yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

XQ xəbər verir ki, "VAZ-21015" markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə