DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 26-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 154, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
N.Adilqızı
XQ

