Kişi həndbolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
“ABU Arena”da keçirilən həlledici mərhələdə “Azəryol” və “Bakı” komandaları görüşüblər. Qarşılaşma “Azəryol”un 35:31 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qadınlar arasında ölkə kubokunu isə Mingəçevirin “Kür” komandası qazanıb.
L.QURBANOVA
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    