Azərbaycan Milli Antidopinq Agentliyi Azərbaycan boksçusu Fərid Sadıqovu diskvalifikasiya edib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Azərbaycan çempionatının bürünc medalçısının orqanizmində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, 48 ay müddətinə idmandan kənarlaşdırılıb.
F.Sadıqovun cəzasının müddəti 2028-ci il yanvarın 1-də başa çatacaq.
L.QURBANOVA
XQ