Atıcılıq Federasiyası“Dünyanın ən yaxşı”dır

post-img

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Dünya Etnoidman Birliyinin “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.

Mükafat federasiyanın milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunub.

Həmçinin forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılıb, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib. 

L.QURBANOVA 
XQ

 

İdman