“Formula 1”-ə hazırlıq davam edir

post-img

“Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında qrafik üzrə davam etdirilir”. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media-tur zamanı deyib.

O, bir sıra yeniliklər olduğunu vurğulayıb: “Avqustda ümumi trekin tikinti işlərinə başlamağı planlaşdırıq. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə, fərqli sahələr üzrə işlərə 1500-1700 insan cəlb olunub. Beton səddlərin 60 faizi yeni sistemlə əvəz olunub. Bu bizə imkan verəcək ki, trekin tikintisini ötənilkindən daha tez başa çatdıraq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

M.HACIXANLI
XQ

 

İdman