Kikboksinq üzrə Azərbaycan millisinin üzvü Amin Quliyev Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış edib. 63,5 kiloqram çəki dərəcəsində yarışan idmançımız gümüş medal qazanıb.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında ölkəmiz 14 idmançı ilə təmsil olunur. Hazırda komandamızın hesabında 4 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) mükafatçılar sırasında yer alıblar.
Qabil YUSİFOĞLU
XQ