AÇ-2026-nın (EuroVolleym-2026) təsnifat mərhələsinin qrup oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Turnirin B qrupunda yer alan Azərbaycan millisi Belçikanın Roeselora şəhərində yerli komandanın qonağı olub. Oyunda ev sahibləri qələbə qazanıblar – 3:0 (25:13, 25:9, 25:13). Bununla da Azərbaycan millisi qrup oyunları çərçivəsində üçüncü dəfə məğlub olub.
Millimiz avqustun 16-da qrup oyunları çərçivəsində Bakıda Avstriyaya qarşı son matçına çıxacaq.
Qabil YUSİFOĞLU
XQ