Alfonso Dominqes dünya çempionatında yarımfinala vəsiqə qazanıb

post-img

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

XQ xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib. Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov da (75 kiloqram) 1/4 final döyüşünə çıxacaq.

İdman