Bu gün futbol üzrə Misli Premyer Liqasında X tura yekun vurulacaq.
XQ xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Bakı klubu hazırda turnir cədvəlində 15 xalla 6-cı, 5 xala malik bölgə təmsilçisi isə 10-cu sırada yer alıb.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" "İmişli"yə 2:0, "Zirə" "Karvan-Yevlax"a 3:2, "Neftçi" "Kəpəz"ə 5:1, "Turan Tovuz" "Şamaxı"ya 2:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"a 3:2 hesabı ilə qalib gəlib.

