Sabah Qış Olimpiya Oyunları başlanır

post-img

İtaliyada keçiriləcək 2026-cı ilin Qış Olimpiya Oyunlarının rəsmi Olimpiya məşəlinin alovlanması mərasimi gözlənilən pis hava şəraiti səbəbindən 26 noyabrda Qədim Olimpiya Arxeologiya Muzeyində qapalı məkanda keçiriləcək. Bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsinin (MOK) yaydığı məlumatda bildirilir ki, bütün iştirakçıların təhlükəsizliyini təmin etmək üçün bu addım zəruri hesab edilib.

İlkin məlumata görə, Olimpiya məşəlinin alovlandırılması mərasimində Yunanıstan Prezidenti Konstantinos Tasulas, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Kirsti Koventri, Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Covanni Malaqo, Yunanıstan MOK-un prezidenti İsidoros Kuvelos və Qədim Olimpiya şəhərinin meri Aristidis Panaytopoulos iştirak edəcəklər.

Qabil YUSİFOĞLU
XQ

İdman