“Qarabağ” liderliyini qoruyub

post-img

Ötən həftə futbol üzrə Misli Premyer Liqasında XII turun oyunları keçirilib.

Turun son oyun günündə “Sabah” evdə “Şamaxı”nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb – 0:0. Digər oyunda isə “Neftçi” öz meydanında “İmişli” ilə qarşılaşıb. Gərgin keçən oyun qonaqların xeyrinə başa çatıb – 2:3.

Turun əvvəlki qarşılaşmalarında “Kəpəz” “Karvan-Yevlax”a 2:1, “Qarabağ” “Sumqayıt”a 4:2, “Zirə” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib, “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Beləliklə, 11 oyundan 26 xal toplayan “Qarabağ” turnir cədvəlinə başçılıq edir. 12 oyundan 23 xal toplayan “Turan Tovuz” və “Zirə” müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Sonuncu yerləri isə 5 xal toplayan “Qəbələ” və “Karvan-Yevlax” komandaları tutur.

Qabil YUSİFOĞLU
XQ

İdman