Boksçularımız bu il 231 medal qazanıblar

post-img

2025-ci il Azərbaycan boksu üçün uğurlu bir il kimi tarixdə qalacaq. Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 231 medal qazanıblar. Yığmalarımız qatıldıqları 47 beynəlxalq yarışda 69 qızıl, 60 gümüş və 102 bürünc medal qazanıblar. Nəticədə komandalarımızın nailiyyətləri ötən illə müqayisədə 44 faiz artıb.

Azərbaycan Boks  Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi World Boxing və IBA) əldə edib. Milli komandalarımız Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.

Komandalarımız Dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 50 faizə yaxın çıxışını medalla başa vurub.

Qeyd edək ki, 1 il öncə boksçularımız 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanmışdı.

Qabil YUSİFOĞLU
XQ

İdman