Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası (AAF) və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə qaçış yarışı keçiriləcək.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış "Bakı - Dünya İdman Paytaxtı" tədbirləri çərçivəsində baş tutacaq.
Veteranlar arasında dünya və Avropa çempionu Tarverdi Əliyevin 87-ci doğum gününə həsr olunacaq marafon 12 km məsafəni əhatə edəcək. Böyükşor Ekoloji Parkında keçiriləcək yarışda çempion özü də mübarizə aparacaq.

