Yanvarın 9-10-da qapalı məkanda atletika üzrə Bakı birinciliyi keçiriləcək.
Bu barədə XQ-yə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarış 2011-2012-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq.
Turnir Bakı Atletika Mərkəzində təşkil olunacaq.

