Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.
Ağdam təmsilçisi evdə Frankfurt "Ayntraxt"ını qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bunadək "Qarabağ" “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik"ə (1:3), "Napoli"yə (0:2) və "Ayaks"a (2:4) uduzub.
"Ayntraxt" isə "Qalatasaray"a (5:1) qalib gəlib, "Napoli" ilə heç-heçə (0:0) edib, "Atletiko"ya (1:5), "Liverpul"a (1:5), "Atalanta"ya (0:3) və "Barselona"ya (1:2) məğlub olub.
Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 7 xalla 25-cidir. 3 gün əvvəl Dino Toppmölleri istefaya göndərən və bugünkü matça Dennis Şmittin rəhbərliyi altında çıxacaq "Ayntraxt" isə 4 xalla 33-cüdür.
Qeyd edək ki, "Qarabağ" son - 8-ci turda səfərdə "Liverpul"la qarşılaşacaq (29 yanvar).

