17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
XQ xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.
U-17 millimizin heyətini nəzərinizə çatdırırıq:
1 İradə Əsədli Şəfa
2 Süməyyə Əhməd Ulduz
3 Aysu Əsədova Sabah
4 Ayan Abdiyeva Liman
5 Xədicə Rəhimova Neftçi
6 Zəhra İsmayilova Şəfa
7 Aylin Azadova Sabah
8 Məryəm Nuruzadə Ulduz
9 Nuray Əzizova Təhsil 8 İOEUGİM
10 Aylin Əliyeva Ulduz
11 Məryəm Səmədli Sabah
12 Suel Polikarpova Neftçi
13 Sara Səlimova Neftçi
14 Fatimə Kərimli Sabah
15 Dəniz Mikayıllı Şəfa
16 Sara QaribovaTəhsil 8 İOEUGİM
17 Şəhanə Mirzəliyeva Liman
18 Zəhra Abdullayeva Ulduz

