Azərbaycan paraüzgüçüləri Dünya Seriyasının Berlin mərhələsində mübarizə aparacaq

post-img

7-9 may tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində paraüzgüçülük üzrə Dünya Seriyasının Berlin mərhələsi keçiriləcək.

XQ xəbər verir ki, ölkəmizi yarışda kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək. Qadınlar arasında isə S4 kateqoriyasında Könül Süleymanova mübarizə aparacaq.

Paralimpiyaçılarımız yarışa məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.
 

İdman