Maliyyə Nazirliyi bu il respublikada ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu yeniləyib. Bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.
Sənəddə deyilir ki, cari ilin büdcə layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, ÜDM 106 milyard manat, qeyri–neft–qaz ÜDM-i isə 73,3 milyard manat, real artım templəri isə müvafiq olaraq 2,7 faiz və 4,5 faiz götürülüb. Lakin 2023-cü ilin ötən dövrünün makroiqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəə bazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.
“Xalq qəzeti”

