Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”nə əsasən, yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resursunun 2 milyard 260 milyon manatı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilib.
Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsi vəsaitinin həcmi isə 5 milyard 260 milyon manata çatdırılacaq.
“Xalq qəzeti”