Bugünlərdə daha bir istehsal müəssisəsinə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bu, “AS İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bununla da, Ağdam Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Tvitter” hesabında bildirib. Qeyd edilib ki: “Şirkət parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək”.
“Xalq qəzeti”

