Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan bu ilin yanvar–sentyabr aylarında İtaliyaya 4 milyard 986 milyon dollar dəyərində 7 milyon 985 min ton neft ixrac edib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətdə 5,6 faiz çoxdur. Belə ki, ötən ilin 9 ayında Azərbaycan İtaliyaya 7,5 milyon ton neft satıb.
Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı kimi qeydə alınıb.
XQ

