Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,483 milyard manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çox) olub.
Üç aylıq dövriyyənin 78,9 faizini pərakəndə ticarət, 18,1 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdıqları malların və göstərdikləri xidmətlərin dəyəri illik müqayisədə 4,9 faiz artaraq 17,7 milyard manata çatıb ki, onun da 44,9 faizi və yaxud 7,95 milyard manatı (2,5 faiz çox) fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə dövlət mülkiyyəti üzrə təsərrüfat subyektlərinin satdıqları malların və göstərdikləri xidmətlərin dəyəri illik müqayisədə 10,8 faiz artaraq 775 milyon manata çatıb.