I rübdə ipoteka kreditləri 9 faiz artıb

post-img

2025-ci ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 125 milyon manat kredit verilib. Fondun ayırdığı kreditlərin həcmi əvvəlki illə müqayisədə 8,7 faiz artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1,1 faiz artaraq 71,4 milyon manata çatıb. İpoteka və Kredit Zəmanət Fondu cari ilin yanvar-mart aylarında istiqraz buraxmaqla 200 milyon manat vəsait cəlb edib. Bu isə ötən ilə nisbətən 42,9 faiz çoxdur. Bununla yanaşı, dövlət büdcəsindən fonda ayrılan vəsaitin məbləği isə 94,5 faiz artaraq 42,6 milyon manata çatıb.

 

İqtisadiyyat