Qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz artıb

post-img

2025-ci ilin yanvar–aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz azalsa da, qeyri neft-qaz sektorunda 3,3 faiz artım baş verib. ÜDM istehsalının 37,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb. 

Bu dövr ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3 min 841,8 manata bərabər olub.

 

İqtisadiyyat